28/05/2026
Ürək çatışmazlığı zamanı ürək effektli şəkildə işləmədiyindən qan dövranı pozulur. Bu çox təhlükəli, bütün orqan və sistemlərin işinə mənfi təsir edən, infarkt və insult riskini artıran pozulmadır.
Ürək çatışmazlığı mütləq vaxtında aşkar olunmalıdır. Müalicə vaxtında başlanarsa xəstə ağır fəsadların inkişafından xilas olunacaq.
Təngnəfəslik.
Əgər insanda hətta adi hərəkətlər edəndə təngnəfəslik inkişaf edirsə, bu çox ciddi simptomdur və mütləq həkimə müraciət etmək üçün səbəbdir
Ayaqlarda şişkinlik (ödem).
Həzm problemləri.
İştahasızlıq, ürəkbulanması, mədə pozulması həzm sistemi xəstəliklərinə işarə edə bilər. Lakin bəzən bu simptom ürək çatışmazlığına da işarə edir. Bunun səbəbi həzm orqanlarında qan dövranının pozulmasıdır.
Yorğunluq.
Adi gündəlik işləri görəndə həddindən çox yorulursunuzsa, bu təhlükəli simptomdur. Ürək çatışmazlığı zamanı əzələlər qanla piz təchiz olunur, zəifləyir ki, bu da insanın tez yorulmasına səbəb olur.
Öskürək.
Əgər öskürək uzanaq vəziyyətdə və gecə vaxtı artırsa, bu ürək çatışmazlığının simptomu ola bilər. Ürək çatışmazlığı zamanı ağciyərdə maye yığılır ki, bu da üzücü, müalicəyə tabe olmayan öskürəyə səbəb olur.
Nəbzin daim artmış olması.
Bu ona işarə edir ki, ürək öz funksiyasını normal yerinə yetirə bilmir və yükləmələrə məruz qalır.
Ürək-damar cərrahı PhD. Dr. Ramil Əliyev
📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧[email protected]
📌Qusar şəh., F. Musayev küç., 27