Sumqayıt Tibb Mərkəzi

Call Directions Website Contact the business

Sumqayıt Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

05/10/2026
Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər...
05/10/2026

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

Həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür.

Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzində 775 həkim çalışır.

04/10/2026

4 Oktyabr Cəbrayıl Şəhəri Günüdür! 🇦🇿

6 il əvvəl rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edib.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.

02/10/2026
Sumqayıt Tibb Mərkəzində (STM) peşəkar davranış qaydaları ilə bağlı təlimlər keçirilibSTM-nin tabeliyində fəaliyyət göst...
01/10/2026

Sumqayıt Tibb Mərkəzində (STM) peşəkar davranış qaydaları ilə bağlı təlimlər keçirilib

STM-nin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində pasiyentlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar üçün “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlimlər keçirilib.

Tibb bacıları şöbəsinin rəhbəri Qızılgül Bünyatovanın apardığı təlimlərdə pasiyentlər və onların yaxınları ilə etik ünsiyyət, empatiya, səbir, diqqətli dinləmə, məlumatların aydın çatdırılması və gərgin situasiyalarda düzgün davranış məsələləri izah olunub. Keyfiyyətə nəzarət üzrə mütəxəssis Fidan Səmədova da tədbirlərdə iştirak edib.

Məqsəd pasiyent məmnunluğunun artırılması, xidmət mədəniyyətinin inkişaf etdirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin gücləndirilməsidir.

Qeyd edək ki, təlimlərə əməkdaşların bir qismi cəlb olunub. Digər işçilərin bu istiqamətdə maarifləndirilməsi baş tibb bacıları və aidiyyəti üzrə məsul şəxslər tərəfindən davam etdirilir.

01/10/2026

Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub

TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasında 1935-ci il təvəllüdlü qadın pasiyent üzərində sol bud sümüyünün sınığının cərrahi yolla bərkidilməsi və sabitlənməsini nəzərdə tutan osteosintez əməliyyatı uğurla icra olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Address

Heydər Əliyev Prospekti, 7, AZ5000
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt Tibb Mərkəzi:

Shortcuts

Share