Zaqatala Rayon Mərkəzi Xəstəxanası

Call Directions Website Contact the business

Zaqatala Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

27/09/2026
"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın həy...
25/09/2026

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının "Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi barədə 24 sentyabr 2026-cı il tarixində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Akt zalında və tam orta məktəblərdə İSX-nin ailə həkimləri tərəfindən maarifləndirici tədbirlər keçirilmişdir.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin əməkdaşlarına Direktorun terapevtik xidmətlər üzrə müavini N...
22/09/2026

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin əməkdaşlarına Direktorun terapevtik xidmətlər üzrə müavini Nigar Şahmərdanova, baş tibb bacısı Xədicət Muradova, Poliklinika şöbəsinin böyük tibb bacısı Eminə İsayeva və təlim koordinatoru Nərmin Qurbanovanın iştirakı ilə "tibb işçilərinin peşəkar davranış qaydaları" təlimi keçirilmişdir.

19/09/2026

20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.

Bu əlamətdar gün xalqımızın milli iradəsinin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təntənəsini ifadə edir. Qürurla yaşatdığımız bu tarix gələcək nəsillərə ötürəcəyimiz şanlı irsimizdir.

Dövlət suverenliyimiz əbədi olsun! 🇦🇿

Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə göstəricisinin ə...
19/09/2026

Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə göstəricisinin əsas prioritet istiqamətlərindən biridir.

İmmunoprofilaktika ictimai səhiyyə sahəsində bir sıra infeksion xəstəliklərin ləğv edilməsi və nəzarət altına alınmasına səbəb olan ən mühüm nailiyyətlərdən biridir. Peyvəndlər insanları Vərəm, Hepatit B, Poliomielit, Difteriya,Tetanus, Göyöskürək, Qızılca və digər ağır xəstəliklərdən qorumaqla, hər il milyonlarla inasanın həyatını xilas edir.

Peyvənd insanı təhlükəli bakteriya öz viruslardan qorumağa kömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır. Peyvəndlərin tərkibinə spesifik immun cavabı yaradan komponent (oksigen) və əlavə maddələr daxildir.

Hər ölkədə coğrafi vəziyyət, iqlim, xəstəliklərin yayılması və yayılma sıxlığı bir sıra digər amillərə uyğun tərtib olunan profilaktik peyvəndlər təqvimi mövcuddur. Belə təqvimin hər bir ölkə üçün özünəməxsus xüsusiyyətləri olur və elmin inkişafına uyğun olaraq, zaman -zaman təkmilləşdirilir.

Ölkəmizdə hal-hazırda dövlət tibb müəssisələrində cari profilaktik peyvəndlər təqviminə uyğun şəkildə 11 yoluxucu xəstəliyə qarşı peyvəndlənmə aparılır. Hepatit B, Vərəm, Difteriya , Göyöskürək, Tetanus, Poliomielit, B tipli hemofie infeksiya, Pnevmokok , infeksiyaları, Qızılca, Epidemik Parotit, Məxmərək.

Azyaşlı uşaqlar bəzi təhlükəli xəstəliklərə qarşı həsas olduqları üçün onların xəstəliyi ağır formada keçirmək və xəstəxana şəraitində müalicə olunmaq, həmçinin, xəstəliyin ölümlə nəticələnmə riski daha yüksəkdir. Belə ki, peyvəndin vurulmasında gecikmə uşağın həssas olduğu dövrdə onu müdafiədən məhrum edir, lakin uşaqlara peyvənd vurulduğu təqdirdə onların immun sistemi güclənmiş və erkən yaşlardan etibarən həmin xəstəliklərə qarşı qorunmuş olur.

Məhz buna görə də uşaqları doğulduğu gündən etibarən peyvənd cədvəlinə uyğun peyvənd etdirmək lazımdır.

Uşaqların sağlam böyüməsi və sağlam nəsil kimi formalaşması dövlətin, cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. ...
07/09/2026

Uşaqların sağlam böyüməsi və sağlam nəsil kimi formalaşması dövlətin, cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə profilaktik tədbirlər, xüsusilə peyvəndlərin təqvim əsasında vaxtında olunması mühüm əhəmiyyət kəsb edir.

Peyvəndlər uşaqları bir sıra yoluxucu xəstəliklərdən qorumaqla yanaşı, xəstəliklərin yayılmasının qarşısının alınmasına əhalinin sağlamlığının təmin edilməsinə xidmət göstərir. Bu məqsədlə onların həyatının ilk günlərindən etibarən peyvəndlərin alınması mühüm əhəmiyyət kəsb edir. Başqa dövrlər kimi 3-6 aylıq dövrdə uşağın immun sisteminin formalaşmasında həssas mərhələdir. Bu dövrdə uşaqların peyvənd olunmaması və ya vaxtlı-vaxtında aparılmaması bir çox ağır infeksiyaya tutulmalarına səbəb olur.

- 3 aylıq uşağa II doza Heksa ( Difteriya, Göyöskürək, Tetanus, İnfluensa, Hepatit B, Poliomielit) vaksin
- 4 aylıqda III doza Heksa (Difteriya, Göyöskürək, Tetanus, İnfluensa, Hepatit B, Poliomielit) vaksin
- 4 aylıqda II doza PK( Pnevmakok pnevmaniyası) vaksin
- 6 aylıqda III doza PK ( Pnevmakok pnevmaniyası) vaksin
- 6-aylıqda -OPV (Poliomielit) vaksin

Bu peyvəndlərin olunması uşaqların aşağıdakı sadalanan ağır xəstəliklərdən qorunmasına və ya ağır keçirmələrinin qarşısını alır.
1. Göyöskürək - ağır tənəffüs pozğunluğu
2. Difteriya – tənəffüs yollarının tutulması, ürək və sinir-sistemi ilə bağlı ağırlaşmalar
3. Tetanus-ağır əzələ spazmları və həyatı təhlükəli vəziyyət
4. Pnevmaniya – meningit, ensefalit, diareya, ağır qulaq infeksiyası
5. Hepatit B – qaraciyar sirrozu
6. Poliomielit –iflic

Aparılan profilaktik peyvəndlər bütün bu xəstəliklərə qarşı orqanizmin immunitetinin artmasına köməklik göstərir.
Sağlam uşaq sağlam gələcək deməkdir !
Gəlin uşaqlarımızın sağlamlığına biganə qalmayaq, hər bir uşağın peyvənd olunmasına dəstək olaq.

02/09/2026
12 avqust 2026-cı il tarixində həkim ümumi cərrah Cəbrayıl Xocaxovun rəhbərliyi,   Ramazan Arasovun asisstentliyi, həkim...
27/08/2026

12 avqust 2026-cı il tarixində həkim ümumi cərrah Cəbrayıl Xocaxovun rəhbərliyi, Ramazan Arasovun asisstentliyi, həkim anestezioloq reanimatoloq Nüşabə Şahmərdanovanın iştirakı ilə "mədə xorasının perforasiyası" təcili cərrahi əməliyyatı icra edilmişdir.

Əməliyyat laparoskopik üsulla, kəsik aparılmadan həyata keçirilmişdir. Xəstə həkim nəzarətində saxlandıqdan sonra, müalicəsini ambulator olaraq davam etdirmək şərtiylə, evə yazılmışdır.

Zaqatala Rayon Mərkəzi Xəstəxanası vətəndaşlara ən yüksək səviyyədə və müasir standartlara uyğun tibbi yardım göstərməkd...
19/08/2026

Zaqatala Rayon Mərkəzi Xəstəxanası vətəndaşlara ən yüksək səviyyədə və müasir standartlara uyğun tibbi yardım göstərməkdə davam edir.

14.08.2026 tarixində ekstragenital endometrioz səbəbilə miniinvaziv, orqansaxlayıcı laparoskopik əməliyyat uğurla icra edilmiş, hər iki yumurtalığın endometrioid kistaları xaric edilmişdir.

Əməliyyat həkim-ümumi cərrah Cəbrayıl Xocaxovun rəhbərliyi altında, assistentlər- həkim-mama-ginekoloq Mehriban Hüseynova, həkim-ümumi cərrah Ramazan Arasov və
həkim-anestezioloq-reanimatoloq Sərxan Əliyevin iştirakı ilə icra edilmişdir.

Pasiyent 3-cü sutkada qənaətbəxş vəziyyətdə müvafiq tövsiyələrlə evə yazılmışdır.

Address

Molla Vəli Vidadi 32
Zakataly
AZ6200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 01:01

Telephone

+994242252300

Alerts

Be the first to know and let us send you an email when Zaqatala Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zaqatala Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share