Zərdab Rayon Mərkəzi Xəstəxanası

Zərdab Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

07/05/2026
05/05/2026

TƏBİB rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

A.Nəsirlinin vaxtsız və faciəvi vəfatı tibb ictimaiyyəti üçün böyük itkidir.

O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. A.Nəsirli 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Onun xatirəsi daim ehtiramla yad ediləcək!

Allah rəhmət eləsin!

05/05/2026

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.

2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

05/05/2026

Bu gün Beynəlxalq Astma Günü qeyd olunur. Bu günün əsas məqsədi astma xəstəliyi barədə məlumatlılığı artırmaq və bu xəstəliklə yaşayan insanlara dəstək göstərməkdir.

Astma tənəffüs yollarının xroniki xəstəliyidir və onun yaranmasında ən çox allergenlər rol oynayır. Eyni zamanda soyuq hava, stress və güclü emosiyalar, eləcə də bəzi ətraf mühit faktorları xəstəliyin yaranmasına və ya şiddətlənməsinə səbəb ola bilər.

Əgər sizdə və ya yaxınlarınızda nəfəs darlığı, davamlı öskürək və ya sinədə sıxılma hissi müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyə olunur.

Rahat nəfəs almaq hər kəsin haqqıdır! 🫁

04/05/2026

Zərdab Rayon Mərkəzi Xəstəxanasında 5 may – Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar olaraq maarifləndirici tədbir həya...
04/05/2026

Zərdab Rayon Mərkəzi Xəstəxanasında 5 may – Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar olaraq maarifləndirici tədbir həyata keçirilib.

Tədbirin əsas məqsədi səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların qarşısının alınmasında əl gigiyenasının vacibliyini vurğulamaq, tibb işçiləri arasında düzgün əl gigiyenası vərdişlərini təşviq etmək və pasiyent təhlükəsizliyini daha da gücləndirmək olub.

Bu çərçivədə tibb işçiləri üçün “Əl gigiyenası və infeksiyaların profilaktikasında rolu” mövzusunda təlim keçirilmiş, mövzu ilə bağlı məlumatlandırıcı çıxışlar edilib.

Zərdab Rayon Mərkəzi Xəstəxanası olaraq sağlamlığın qorunması və təhlükəsiz tibbi xidmətin təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk.

Unutmayaq: Təmiz əllər həyat qurtarır!

04/05/2026

Address

Zərdab Rayonu, Azərbaycan Küçəsi 125
Zardob
AZ6300

Alerts

Be the first to know and let us send you an email when Zərdab Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zərdab Rayon Mərkəzi Xəstəxanası:

Share