Xestexana Heyati

Directions Website

Xestexana Heyati Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xestexana Heyati, Health & Wellness Website, ATU, Baku.

Həkim olmaq – bilikdən güc, peşəkarlıqdan inam yaratmaqdır. Göz sağlamlığının qorunması, oftalmoloji xidmətlərin əlçatan...
29/10/2026

Həkim olmaq – bilikdən güc, peşəkarlıqdan inam yaratmaqdır. Göz sağlamlığının qorunması, oftalmoloji xidmətlərin əlçatanlığının artırılması, diaqnostika və müalicə imkanlarının müasir tələblərə uyğun inkişaf etdirilməsi dövlət səhiyyəsinin mühüm istiqamətlərindəndir. M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri şöbəsinin müdiri, zəngin təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazovun bu sahənin inkişafına yönələn fəaliyyətini təqdim edirik. https://www.facebook.com/reel/1608457076939214/

Vərəm xəstələrinə tibbi xidmətin əlçatanlığının təmin edilməsi məqsədilə müayinələr onların evlərində həyata keçirilir, ...
28/10/2026

Vərəm xəstələrinə tibbi xidmətin əlçatanlığının təmin edilməsi məqsədilə müayinələr onların evlərində həyata keçirilir, təyin olunmuş dərman preparatları isə yaşadıqları ünvanlara çatdırılır. Bu yanaşma müalicənin davamlılığının təmin olunmasına, xəstələrin sağlamlıq vəziyyətinin mütəmadi izlənilməsinə və tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir. 📹 Daha ətraflı videosüjetdə: Sosial Media Hesablarımız:Rəsmi səhifəmiz ► http://www.xezerxeber... https://www.facebook.com/1098737002448907/posts/1440946908227913

Diabet yalnız yaşlı insanlarda rast gəlinən xəstəlik deyil. Onun yaranma səbəbləri, risk faktorları və profilaktikası il...
27/10/2026

Diabet yalnız yaşlı insanlarda rast gəlinən xəstəlik deyil. Onun yaranma səbəbləri, risk faktorları və profilaktikası ilə bağlı doğru məlumatlanmaq xəstəliyin vaxtında aşkarlanması və sağlamlığın qorunması üçün vacibdir. Miflərə deyil, elmi faktlara əsaslanın. Sağlamlığınız üçün doğru seçimlər edin! https://www.facebook.com/1098737002448907/posts/1440282941627643

👏 Bu sürücülər cərimə yox, məhz təşəkkür qazanıblar! TƏBİB təcili tibbi yardım avtomobillərinin keçidi üçün yol açan sür...
27/10/2026

👏 Bu sürücülər cərimə yox, məhz təşəkkür qazanıblar! TƏBİB təcili tibbi yardım avtomobillərinin keçidi üçün yol açan sürücüləri alqışlayır və hamını bu nümunəvi davranışı davam etdirməyə səsləyir! Hazırladığımız bu videoçarxın məqsədi yol hərəkəti qaydalarına əməl etməklə yanaşı, təcili tibbi yardım avtomobillərinə yol verən sürücüləri təbliğ etmək, onların diqqətli münasibətinə görə minnətdarlığımızı bildirmək və bununla da başqalarına örnək olmaqdır. 💙 Siz də xilaskara çevrilin! https://www.facebook.com/reel/2642011309568894/

🔹 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub Qarabağın bərpası və yenidən qurulm...
27/10/2026

🔹 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır. 🔗 Daha ətraflı : https://tabib.gov.az/media/xeberler/1079 https://www.facebook.com/1098737002448907/posts/1439364895052781

👶 Yenidoğulmuşun qayğısı: ilk günlərdə nələrə diqqət etməli? Körpənin həyatının ilk günlərində sağlamlığının qorunması d...
26/10/2026

👶 Yenidoğulmuşun qayğısı: ilk günlərdə nələrə diqqət etməli? Körpənin həyatının ilk günlərində sağlamlığının qorunması düzgün qidalanma, təhlükəsiz yuxu, gigiyena və müntəzəm tibbi nəzarətlə başlayır. Valideynlər üçün əsas qaydaları və diqqətdən kənarda qalmamalı təhlükəli əlamətləri paylaşırıq. 💙 Sağlam başlanğıc düzgün qayğıdan başlayır! https://www.facebook.com/1098737002448907/posts/1439300281725909

Həkim olmaq – biliklə güc, peşəkarlıqla inam yaratmaqdır. Vətəndaşların keyfiyyətli radioloji xidmətlərə əlçatanlığının ...
26/10/2026

Həkim olmaq – biliklə güc, peşəkarlıqla inam yaratmaqdır. Vətəndaşların keyfiyyətli radioloji xidmətlərə əlçatanlığının təmin olunması dövlət səhiyyəsinin prioritet istiqamətlərindən biridir. Bu məqsədə nail olmaq isə yüksək peşəkarlıq, təcrübə və məsuliyyət tələb edir. TƏBİB komandasına qoşulan, yerli və beynəlxalq təcrübəyə malik həkim-radioloq Ağakişi Yəhyayevin bu istiqamətdəki fəaliyyətini təqdim edirik. https://www.facebook.com/reel/1605598271044805/

Address

ATU
Baku

Alerts

Be the first to know and let us send you an email when Xestexana Heyati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share